Gənclər narkomaniya əleyhinə maarifləndirilir

Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə keçirlən tədbir tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin məsul  əməkdaşları, Bakı şəhər Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.

Yeniyetmələr arasında sağlam həyat tərzinin  təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşının iştirakı ilə keçirlən tədbir tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin məsul  əməkdaşları, Bakı şəhər Narkoloji Dispanserin həkimi mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar vermiş, şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb.

Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31