Gündəm

UEFA Rəşad Sadıqovun cəzasını açıqladı

20 Dekabr 2017 17:24

UEFA İntizam Komitəsi çempionlar Liqasının 5-ci turu çərçivəsində İngiltərənin "Çelsi" komandası ilə keçirilən oyunda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb.

AzTA: Bakıda bəzi hotellər bayramqabağı qiymətlərini qaldırdılar

20 Dekabr 2017 17:13

Yeni il bayramı ilə əlaqədar Bakıda bəzi hotellər qiymətləri artırıblar. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, qiymət artımı Bakıdakı 5 ulduzlu tanınmış brend hotellərdə müşahidə edilir.

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini bərpa edəcək

20 Dekabr 2017 17:09

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini 2019-cu ilin yanvarında bərpa edəcək.  Bunu Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu deyib. O qeyd edib ki, bu qərar ABŞ-ın Türkiyə vətəndaşlarına 2019-cu ildən başlayaraq viza verilməsi ilə bağlı açıqlamasına cavab olaraq qəbul edilib.

Binəqədidəki yanğında bağlı təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb

20 Dekabr 2017 17:06

Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb.Məlumata görə, təqsirləndirilən şəxslərdən biri Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov cəzasının 1/3 hissəsini çəkdiyi üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin edib və azadlığa buraxılıb.

Prokuror jurnalistin atasını öldürən sürücüyə 5,6 il iş istədi

20 Dekabr 2017 17:03

Dekabrın 20-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Qonşusunun evini qarət edən ələ keçib

20 Dekabr 2017 17:01

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 ABŞ dolları oğurladığını bildirib.“Olaylar” xəbər verir ki, 12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub.

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

20 Dekabr 2017 17:00

 “Azərbaycan dilinin 59 maddədən ibarət yeni orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında bir daha müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse – prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

“İrəvan gərək özünü kompromislərə hazırlasın”

20 Dekabr 2017 16:58

"Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük irəliləyiş əldə edilməsə də, müəyyən ümidverici dəyişikliklər baş verdi. Ermənistanın status-kvonu qoruyub saxlama cəhdləri demək olar ki, Azərbaycan diplomatiyası tərəfindən zərərsizləşdirildi”. 

Dövlətin atdığı addımlar fikir və söz azadlığının inkişaf etdirilməsinə hesablanıb

20 Dekabr 2017 16:38

Günümüzdə müstəqil Azərbaycan Respublikasında hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də bir inkişaf, tərəqqi müşahidə edilir. Hazırda Azərbaycanda mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətlər, region mətbuatında oynadığı rol, tutduğu mövqeyə də səbbə olan bir sıra amillər vardır ki, həmin amillərə qısaca nəzər yetirmək məqsəduyğun olar.

Sürücülük vəsiqəsini neçəyə almaq olar?

20 Dekabr 2017 16:36

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.

Paytaxtda daha bir küçə təmir edilir

20 Dekabr 2017 16:28

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, təmir işləri “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və texnoloji aradıcıllığa riayət olunmaqla küçənin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsində ( “Azadlıq prospekti” metrostansiyasının önü) aparılıb.

İnternat məktəbində yeni il şənliyi keçirilib

20 Dekabr 2017 16:27

Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya,  milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.

“Post-sovet respublikaları Rusiyanın tərkibinə qayıdacaq” - QALMAQALLI BƏYANAT

20 Dekabr 2017 16:26

Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski keçmiş SSRİ ərazilərinin Rusiyanın tərkibinə qayıdışı imkanı haqqında danışıb. Dövlət Dumasının üzvü partiyasının 31-ci qurultayında çıxışının gedişatında post-sovet respublikalarının Rusiyanın tərkibinə könüllü qayıdışını istisna etmədiyini bildirib.

Novruz Məmmədov: "Bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə "Financial Times"ın da məsuliyyəti var"

20 Dekabr 2017 16:25

"Qərbdə özünü beynəlxalq münasibətlərin məkrli və qərəzli aktorları kimi aparan mətbuat orqanlarından biri də "Financial Times"dır". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.