UEFA Rəşad Sadıqovun cəzasını açıqladı
UEFA İntizam Komitəsi çempionlar Liqasının 5-ci turu çərçivəsində İngiltərənin "Çelsi" komandası ilə keçirilən oyunda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb.
20 Dekabr 2017 17:24 İdmanUEFA İntizam Komitəsi çempionlar Liqasının 5-ci turu çərçivəsində İngiltərənin "Çelsi" komandası ilə keçirilən oyunda birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb. Asossiasiya kapitanı bir oyunluq cəzalandırıb. Sadıqov cəzasını Azərbaycan təmsilçisinin İtaliyada "Roma"ya qarşı keçirdiyi VI tur qarşılaşmasında çəkib. Onun iştirak etmədiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, həmin görüşdə daha bir cəzalı futbolçu Pedro Enrike də Ağdam komandasına kömək edə bilməyib. Braziliyalı legioner İspaniyada "Atletiko" ilə IV tur matçında Dieqo Qodinin sifətinə açıq ayaqla zərbə endirdiyi üçün 2 oyunluq cəzalanmışdı.
Əgər "Qarabağ" yenidən avrokuboklara vəsiqə qazansa və hər iki futbolçu bu komandada yer alsa, onlar gələn mövsüm elə ilk oyundan etibarən meydana çıxa biləcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçının 19-cu dəqiqəsində rəqib futbolçu Villian kapitanla mübarizədə cərimə meydançası daxilində yerə yıxılmış və buna görə Rəşad Sadıqov birbaşa qırmızı vərəqə almışdı. Publika.az