“İrəvan gərək özünü kompromislərə hazırlasın”

"Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük irəliləyiş əldə edilməsə də, müəyyən ümidverici dəyişikliklər baş verdi. Ermənistanın status-kvonu qoruyub saxlama cəhdləri demək olar ki, Azərbaycan diplomatiyası tərəfindən zərərsizləşdirildi”. 

"Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük irəliləyiş əldə edilməsə də, müəyyən ümidverici dəyişikliklər baş verdi. Ermənistanın status-kvonu qoruyub saxlama cəhdləri demək olar ki, Azərbaycan diplomatiyası tərəfindən zərərsizləşdirildi". 

Bu fikirləri  politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan çox çalışdı ki, Qarabağ problemi ətrafında qarşılıqlı etimadın möhkəmlənməsi ilə əlaqəli xüsusi bir sənəd qəbul edilib imzalansın. Lakin Cenevrədə prezidentlərin görüşü zamanı bu məsələ fiaskoya uğradı: "Yəni, bunu ermənilərin daha bir bəhanələrinin rədd edilməsi kimi qiymətləndirmək olar. Məlum olan budur ki, siyasi proses davam etdirilməli, həll prinsipləri dəqiqləşməli və yekun sülh sazişinin qəbul edilməsinə doğru addımların atılması davamlı hal almalıdır". 

T. Abbasov əlavə edib ki, ləngimələr əlbəttə ki olacaq və bu məsələdə İrəvan yenə çalışacaq ki, prosesi süründürsün: "Lakin Azərbaycanın verdiyi bütün xəbərdarlıqlar, deyəsən qəsbkar ölkənin rəhbərlərinə artıq çatıb. Yəni, İrəvan əgər Azərbaycanın hücuma keçməsini arzulamırsa, gərək özünü kompromislərə hazırlasın". 
Politoloqun fikrincə, yeni ilin ikinci yarısında sülh və nizamlama prosesində dinamizmi gözləməyə dəyəcək: "Düşünürəm, Rusiya da əsas moderator kimi bunu dərk edir və çalışacaq ki, Qarabağ münaqişəsinin tərəfləri konsensus axtarışında məhsuldar olsunlar". Azadinform .az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31