İnternat məktəbində yeni il şənliyi keçirilib
Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
20 Dekabr 2017 16:27 SosialDekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.