Gündəm

13 illik ailə həyatları ilk məhkəmədə bitdi

20 Dekabr 2017 18:30

Türkiyəli məşhur müğənni Haluk Levent 13 illik həyat yoldaşından ayrıldı. Olaylar.az bildirir ki, 48 yaşlı müğənni bundan öncə həyat yoldaşından ayrılmaqdan imtina etmişdi. Lakin, cütlük ilk məhkəmə prosesində yollarını ayırıblar.

“Facebook Messenger Lite” 100 milyon dəfə yüklənilib

20 Dekabr 2017 18:25

Məhdud funksionallığa malik orijinal “Facebook Messenger”in yüngül versiyası olan “Facebook Messenger Lite” mobil proqramı “Google Play” mağazasından 100 milyon dəfədən çox yüklənilib.

ŞOK! Britaniyalı cərrah pasiyentlərin qara çiyərlərinə "imza" qoyurmuş

20 Dekabr 2017 18:24

Britaniyalı cərrah Saymon Bremholl xəstələrin daxili orqanlarında öz “imzasını atmaqda” ittiham olunur. Məlumata görə, 53 yaşlı həkimin bir neçə il əməliyyat zamanı xəstələrin qaraciyərində arqon şüası vasitəsilə öz inisiallarını yazdığı ortaya çıxıb.

“Faytonçu” Nazim sözlərinə görə Kürdəmir camaatından ÜZR İSTƏDİ - VİDEO

20 Dekabr 2017 18:22

Tanınmış müğənni Nazim Pişiyarinin efirdə səsləndirdiyi “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı” ifadələri cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Lənkəran sakinindən külli miqdarda narkotik götürülüb

20 Dekabr 2017 18:16

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Azər Mehdiyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat yayıb. Məlumata görə, onun üzərindən içərisində narkotik vasitə olması şübhə doğuran 4 bağlama aşkar edilərək götürülüb.

Moskva Dövlət Universitetinin kitabxanası təxliyə edildi

20 Dekabr 2017 18:11

Moskvanın Moxova küçəsində yerləşən Moskva Dövlət Universitetinin elmi kitabxanasında oxucu və əməkdaşların təcili təxliyəsi aparılır. Məlumata görə, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub. Binanın ətrafı polis tərəfindən nəzarətə götürülüb.

Ölüm-dirim savaşı BAŞLAYIR - Ərdoğan anons VERMİŞDİ

20 Dekabr 2017 18:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “bir gecə gözlənilmədən gələ bilərik” deyərək anonsunu verdiyi Afrin əməliyyatına hazırlıq davam edir. Bu gün Türkiyə-Suriya sərhədinə canlı qüvvə və hərbi texnikanın növbəti partiyası göndərilib. Son günlər Afrin istiqamətində kəşfiyyat məlumatlarının toplanması prosesi sürətlənib. Sərhəd xəttindəki ordu bölmələrində Afrində YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) qarşı keçirilməsi planlaşdırılan əməliyyat üçün “Hazır olun!” təlimatı verilib.

Rusiyada mədəndə UÇQUN - Torpağın altında qalanlar var

20 Dekabr 2017 17:59

Rusiyanın Novokuznetsk şəhərində kömür mədənində uçqun baş verib. Məlumata görə, hadisə 300 metr dərinlikdə mədənin ventilyasiya hissəsində baş verib. Uçqunun hansı səbəbdən baş verməsi məlum deyil.

Məhkəmə Əvəz Zeynallını 200 manat cərimə edib

20 Dekabr 2017 17:50

Jurnalist Əvəz Zeynallı ilə bağlı məhkəmə prosesi keçirilib. Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə Əvəz Zeynallının 200 manat məbləğində cərimə olunması barədə qırar çıxarıb. Dünən polis tərəfindən saxlanılan Ə. Zeynallı azadlığa buraxılıb.

Ermənistan parlamentində deputatlar arasında dava düşüb

20 Dekabr 2017 17:49

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub.  Məlumata görə, “Tsarukyan Bloku” fraksiyasının deputatları Artur Manukyan və Serqey Baqratyan fraksiyanın digər üzvü David Manukyanın kabinetində dalaşıblar. Hadisə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı səsvermə zamanı yaranmış gərginlikdən sonra baş verib.

"Tarix" dərsliyində tarix səhvi

20 Dekabr 2017 17:42

Son vaxtlar dərsliklərdə yol verilən kobud səhvlərin ardı-arası kəsilmir. Yeni səhv isə "Tarix" dərsliyindəki tarix səhvidir. Hələ 2017-ci il olmasına baxmayaraq, 7-ci siniflər üçün nəzərdə tutulan "Tarix" dərsliyinin çap tarixində 2018-ci il göstərilib. Maraqlıdır, buraxılış ili yanlış göstərilən "Tarix" dərsliyinin içindəki mühüm tarixlər doğru qeyd edilibmi?

Jirinovski: Rusiyanı o adam idarə etməlidir

20 Dekabr 2017 17:36

Rusiya prezidenti postuna daha təcrübəli biri sahib olmalıdır. Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. Jirinovski Rusiyanı idarə etmək üçün böyük həyat təcrübəsinə sahib olmağın vacibliyini vurğulayıb. O, 71 illik həyatının 43 ilini sovet hakimiyyəti altında yaşadığını və çar hakimiyyətini görmədiyi üçün təəssüfləndiyini bildirib. Partiya sədri əsl liderin ölkəsində ən mühüm tarixi əhəmiyyətli hadisələri yaşamalı olduğunu qeyd edib.

Moskva BOMBA həyəcanı yaşayır - Təxliyə aparılır

20 Dekabr 2017 17:33

Moskvada Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsi təxliyə edilib. Məlumata görə, buna binaya partlayıcı maddə qoyulması ilə bağlı anonim zəng səbəb olub. Binadan 100-ə yaxın şəxs çıxarılıb. Hazırda fakültə ərazisində axtarışlar aparılır.

Aprel döyüşlərinin qazisinin toyu oldu - VİDEO

20 Dekabr 2017 17:30

Qarabağ qazisi Anar Məmmədovu aprel döyüşlərindən sonra tanımışdım. Aprel qəhrəmanlarının döyüş yolu haqqında hazırladığım silsilə süjetlərdə əksər döyüş dostları onun şücaətindən danışmışdı. Dünən Anarla daha yaxından tanış olmaq üçün gözəl bir fürsət yarandı. Kəşfiyyatçı kapitanın - aprel döyüşlərində sol qolunu itirmiş igid Vətən oğlunun toy günü idi. Xəbəri alar-almaz çəkiliş qrupumuzla şadlıq sarayına gedib, onu təbrik etməyi özümüzə borc bildik.

ABŞ İranın raket istehsalına qadağaya hazırlaşır

20 Dekabr 2017 17:26

Vaşinqton Tehranın husilərə silah tədarük etməsiylə bağlı BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini çıxarmaq niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.