Ermənistanda Qarabağ erməniləri üçün vahid qurumun yaradılması təklif edilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan Dağlıq Qarabağın keçmiş qondarma rejiminin "dövlət naziri" Njdeh İskandaryanın çağırışına münasibət bildirərək, Ermənistanda məskunlaşan qarabağlıların hüquqlarını qoruyacaq və sosial problemlərini həll edəcək əsas bir institutun və ya təşkilatın yaradılmasının vacibliyini vurğulayıb. Karapetyan xüsusilə daşınmaz əmlak qiymətlərinin artması fonunda mənzil təminatı, regionlarda məskunlaşanların məşğulluğu və mədəniyyət mərkəzinin təşkili kimi məsələlərin ön plana çəkilməli olduğunu bildirib. O, bu çərçivədə İskandaryanın siyasi qüvvələrlə başladığı məsləhətləşmələrdə iştirak edəcəklərini deyib. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə öz çıxışlarında Qarabağ məsələsinin bağlandığını və qayıdış mövzusunun təhlükəli olduğunu, Qarabağdan köçənlərin Ermənistanda məskunlaşmalı olduqlarını dəfələrlə bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31