Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub.  Məlumata görə, “Tsarukyan Bloku” fraksiyasının deputatları Artur Manukyan və Serqey Baqratyan fraksiyanın digər üzvü David Manukyanın kabinetində dalaşıblar. Hadisə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı səsvermə zamanı yaranmış gərginlikdən sonra baş verib.

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava olub.  Məlumata görə, "Tsarukyan Bloku" fraksiyasının deputatları Artur Manukyan və Serqey Baqratyan fraksiyanın digər üzvü David Manukyanın kabinetində dalaşıblar. Hadisə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı səsvermə zamanı yaranmış gərginlikdən sonra baş verib.

Səsvermə zamanı S. Baqratyan deputat Napoleon Azizyanı təhqir edib. Bu səbəbdən A. Manukyanla S. Baqratyan arasında başlayan mübahisə D. Manukyanın kabinetində davam edib və əlbəyaxa ilə nəticələnib. Apa.az "Aysor.am" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31