ABŞ İranın raket istehsalına qadağaya hazırlaşır

Vaşinqton Tehranın husilərə silah tədarük etməsiylə bağlı BMT Təhlükəsizlik Şurasına İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini çıxarmaq niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib.

"Biz İrana qarşı yeni sanksiyalar hazırlaya bilərik. Bu sanksiyalar Yəmənə qarşı silah embarqosunun pozulmasına cavab olacaq. Səudiyyə Ərəbistanının husilər tərəfindən raket atəşinə məruz qoyulması BMT Təhlükəsizlik Şurası üçün həyəcan siqnalıdır. Husilər Ər-Riyadı vurmaq üçün məhz İranın istehsal etdiyi raketlərdən istifadə edir. Biz təkilif edirik ki, İranın ballistik raket istehsalı tam qadağan olunsun. Yaxın zamanlarda biz bunun üçün təkliflər irəli sürəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə N.Heyli İranın raket istehsalı ilə bağlı BMT qətnaməsini pozduğunu bildirmiş və buna görə İrana qarşı koalisiya yaradacaqlarını qeyd etmişdi. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31