“İsrail və Fələstin münaqişəni özləri həll etməlidir”
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İsrail-Fələstin münaqişəsində vasitəçilik etməyə hazırdır, lakin tərəflərin özləri müstəqil olaraq danışıqlar aparmalıdırlar.
20 Dekabr 2017 15:30 DünyaRusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İsrail-Fələstin münaqişəsində vasitəçilik etməyə hazırdır, lakin tərəflərin özləri müstəqil olaraq danışıqlar aparmalıdırlar. Peskov çıxışında əlavə edib: "Rusiya münaqişəni həll edə bilməz. Nə Rusiya, nə də ABŞ".
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətdə vəziyyəti daha da ağırlaşdıran və bölünməyə gətirib çıxara biləcək addımlardan qaçmaq vacibdir. Azadinform "mk.ru" agentliyinə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31