Nazir: “Səhiyyə və təhsil sahəsində qadınların, tikinti və mədənçıxarmada kişilərin üstünlüyü özünü göstərir”

“Azərbaycanda səhiyyə və təhsil sahəsində qadınların, tikinti və mədənçıxarmada kişilərin üstünlüyü özünü göstərir”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"Azərbaycanda səhiyyə və təhsil sahəsində qadınların, tikinti və mədənçıxarmada kişilərin üstünlüyü özünü göstərir". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir diqqətə çatdırıb ki, 2005-2016-cı illər ərzində məşğul əhalinin sayı 17,2 faiz artıb: "Bu göstərici tikinti, turistlərin yerləşdirilməsi, ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti sahələrində daha sürətlə artıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində isə nisbətən azalma ilə müşahidə edilib. Məşğul əhalinin gender bölgüsündə səhiyyə və təhsil sahəsində qadınların üstünlüyü (müvafiq olaraq 75,1 faiz və 71,4 faiz), tikinti və mədənçıxarma sənayesində isə kişilərin üstünlüyü (müvafiq olaraq 88,8 faiz və 83,5 faiz) özünü göstərir. Ölkədə işsizlik səviyyəsi davamlı şəkildə azalaraq 2016-cı ildə 5 faiz təşkil etmişdir". S.Müslümov işsizlər arasında qadın və gənclərin payının yüksək olmasının əmək bazarında əsas problemlərdən olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizə yönələn xarici işçi qüvvəsinin ildən-ilə artması ilə müşahidə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31