Zaur ona brilliant üzük göndərən qadının adını açıqladı: Deyir, sevgini kişi kimi bəyan et

Dünən doğum gününü qeyd edən Zaur Kamal hədiyyə baxımından korluq çəkməyib. Zaur "5/5"də ona hədiyyə göndərənlərin adını sadalayaraq bir-bir təşəkkürünü bildirib. Gələn hədiyyələrdən birini əlinə götürən Zaur "Deyir "Zaur, bu hədiyyə bir ay danışılacaq". Mənə dedilər ki, dəyəri 5 min manatdır" sözləri ilə ona gələn ən bahalı hədiyyəni tamaşaçıların önündə açmağa başlayıb.

Brilliant üzüyü qutusundan çıxaran Zaur üzərinə baxdıqdan sonra "Mətanət Əsədovanın hədiyyəsidir. 1,5 karatdır. Qiyməti 5 min 500 manat" ifadələrini işlədib.

Aparıcı daha sonra "Mənə deyir ki, "Zaur sevgini efirdə kişi kimi bəyan et". Mətanət, mən səni çox istəyirəm" deyib. 

Qeyd edək ki, Zaur doğum günündə Damla və Şəbnəm Tovuzludan da çox bahalı hədiyyələr qəbul etdiyini etiraf edib.

Verilişdən həmin anları fotolarla təqdim edirik. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31