Azərbaycanlı yazar və rejissorlar qaliblər arasında

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunub, cari il ərzində bu şəhərlərdə beynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib.

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən "İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramı həyata keçirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunub, cari il ərzində bu şəhərlərdə beynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib.

Şiraz şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun, İran Gənclər və İdman nazirliyini və digər dövlət qurumlarının rəhbərliyinin, beynəlxalq təşkilatların, İƏT üzv dövlətlərin gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə gənc xəttatlar üçün kalliqrafiya, gənc rejissorlar üçün "Qısa film" və gənc yazarlar üçün "Qısa hekayə" müsabiqələrinin təntənəli mükafatlandırma və bağlanış mərasimi təşkil olunub Bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov 2017-ci ildə proqram çərçivəsində Puytaraya, Fəs və Şirazda keçirilən 20-dən çox mədəni və elmi tədbirlər barədə məlumat verərək, bu proqramın islam dünyasının həmrəyliyinin gücləndirilməsinə hədəfləndiyini vurğulayıb. Daha sonra qaliblərin elan edilməsi və mükafatlandırılması həyata keçirilib. Dünyanın hər yerindən mindən çox hekayənin göndərildiyi "Qısa hekayə" müsabiqəsində, beynəlxalq münsiflər heyətinin qərarı ilə Azərbaycan təmsilçisi yazar Mirmehdi Ağaoğlu "85-ci gün" hekayəsi ilə 1-ci yerə layiq görülmüşdür. 2-ci yeri iranlı Atif Sədat Tavasoli ("Şənbə"), 3-cü yeri isə nigeriyalı Yusuf Osman ("Qiyamdan sağ çıxan") tutub. Azərbaycan təmsilçiləri olan yazarlar Sevda Məmmədova və Yusif Yusubov isə müsabiqənin xüsusi ödülü ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31