Cavad Zərif: "Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirək"
"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir". Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarovvə Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
20 Dekabr 2017 12:31 Siyasət"Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir". Məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarovvə Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, üçtərəfli format çox vacibdir: "Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək". Apa.az