Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
20 Dekabr 2017 12:14 SosialUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək ölkəmizin UNESCO-da 25 illik fəaliyyəti dövründə gördüyü uğurlu işlər haqda məlumat verib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə UNESCO üzrə Milli Komissiyanın yarandığını diqqətə çatdıran nazir fəaliyyəti dövründə Milli Komissiyanın bir çox dövlət qurumları və ictimai təşkilatlar, eləcə də UNESCO və üzv dövlətlər ilə birgə qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə səmərəli əməkdaşlıq etdiyini bildirib. Yubiley tədbiri Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam edib.