Gündəm
Həyat yoldaşından məşhur müğənninin ünvanına AĞIR SÖZLƏR: “Əsl kişi…”
Mustafa Sandaldan ayrıldığı deyilən Əminə Sandal həyat yoldaşının ünvanına çox ağır ifadələr işlədib. Əminə Sandal sosial şəbəkədə qadına göz yaşı tökdürən kişilərdən yazıb. Ən böyük səhvinin insanlara göstərdiyi sevginin qarşılığını görmədiyini deyən Əminə Sandalın müğənni haqqında yazdığı fikirlərini təqdim edirik: "Əsl kişi qadını əsla incitməz.
Filippində dalğa bərəni aşırdı - 251 nəfər dənizə töküldü
Filippində paytaxt Maniladan 70 km şərqdə 251 nəfəri aparan bərə batıb. Məlumata görə, Filippin Sahil Mühafizəsi ölü və yaralı sayının hələ dəqiq bilinmədiyini bildirib. Hadisə yerinə çox sayda helikopter göndərilib. Yerli radiolardan biri bərənin batması nəticəsində ən azı 4 nəfərin öldüyü barədə xəbər yayıb.
Pakistan Senatının sədr müavini: “Ermənistanı dövlət kimi tanımırıq”
“Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrini dağıdıblar”. Bu sözləri Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari deyib.
Azərbaycan prezidenti: "Ölkəmizdə dini, milli zəmində heç bir problem yoxdur"
“Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı böyük tədbirlər keçirilir. Ölkəmiz svilizasiyalararası dialoqda həmişə böyük rol oynayır". Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Azərbaycanda dini, milli zəmində heç bir problem yoxdur: “Dünyada dinlərarası dialoqun gücləndirilməsi vacibdir. Bununla bağlı Bakıdan dəfələrlə yüksək səviyyədə çağırışlar edilib. 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilib. Multikulturalizm ölkəmizdə dövlət siyasəti, eyni zamanda həyat tərzidir”.
Dövlət başçısı: “İslam həmrəyliyi Azərbaycan üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir”
“Biz fəxr edirik ki, İslam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il əvvəl bərpa edilən Şamaxı Cümə məscididir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib.
Prezident İlham Əliyev Misir diyarının müftisini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Misir diyarının müftisi Şövqi İbrahim Alləmi qəbul edib.
Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib
Prezident İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaşı qəbul edib.
Mübariz Qurbanlı "ordu qəbiristanlığı"nın salınması təklifinə münasibət bildirib
Azərbaycanda ayrıca "ordu qəbiristanlığı"nın salınması təklifi müzakirə oluna bilər. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Bakı Dəmiryolu Vağzalında “bomba” həyəcanı...
Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.
Nikah müqaviləsi nə üçün lazımdır?
Uzun illərdir ki, Azərbaycanda nikah müqaviləsinin bağlanması imkanı mövcud olsa da nikaha daxil olan şəxslərin bu müqaviləni bağlamağa marağı çox azdır. Nikah müqaviləsi ilk baxışdan əhəmiyyətsiz kimi görünə bilər. Düşünmək olar ki, əgər bu müqaviləni bağlayanların sayı azdırsa, deməli onun mövcudluğu mənasızdır. Lakin nəzərə almaq lazımdır ki, bu gün sözügedən müqavilənin mahiyyəti tam düzgün anlaşılmadığı üçün onun tətbiqi də çox az müşahidə olunur. Hesab edirəm ki, cəmiyyətimizin bu müqavilənin mahiyyətini, faydalarını düzgün başa düşüb dərk etməsi üçün təbliğatlar aparılmalı və insanlara onun üstünlükləri izah edilməlidir.
Regional əməkdaşlıq imkanları yeni mərhələdə
Azərbaycan son illər bir sıra formatlarda əməkdaşlıq imkanlarının müzakirə edildiyi, təşəbbüslər irəli sürüldüyü və həmin təşəbbüslərin reallaşdırıldığı bir məkana, dövlətə çevrilib. Bakının beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, oynadığı rol elə bir ab-hava, atmosfer yaradılb ki, hətta bir-birinə əks qütbdə olan dövlət və ölkələrin rəsmi səviyyəli görüşləri bir sıra hallarda məhz Azərbaycan paytaxtında gerçəkləşir.
Dünyanın miqrasiya problemi
Müasir dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin sırası genişlənməkdədir. Hazırda mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, bir sıra ölkələrdə hərbi müdaxilələrə gətirib çıxarıb. Belə bir şəraitdə miqrasiya probleminin artması Avropa dövlətləri üçün əsil “barıt çəlləyinə” çevrilib. Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova qeyd edib ki, yeni nizam qarşıya bir çox dərin iqtisadi, sosial, siyasi problemlər çıxarıb. Bu sırada hazırda qoca qitənin "yuxusuna haram qatan" miqrasiya problemi xüsusilə aktuallıq kəsb edir.
Gələn il internet istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?
Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə bu vasitələr insanların ayrılmaz bir hissəsinə çevrilir, bir növ onunla qidalanırlar. Bəzən qısa müddətli zaman kəsiyində internetdə yaranan problemlər insanı hətta dəli olmaq təhlükəsinə qədər gətirib çıxarır, ətrafdakılara qarşı aqressiv münasibət sərgilənir.
Rusiyada ilk doğulan uşaqlara AYLIQ müavinət veriləcək
Rusiya Dövlət Duması birinci uşağın doğulmasına görə aylıq müavinətin verilməsi barədə qanun layihəsini təsdiq edib. Aylıq müavinət uşağın 1 il 6 aylığınadək ödəniləcək. Müavinət həm də övladlığa götürülmüş uşaqlar üçün şamil ediləcək.
Əsgərin konservasından at əti çıxdı - Nazir işə qarışdı - VİDEO
Türkiyədə 4 ton qovurma at əti aşkar edilib. Müdafiə naziri Nurettin Canikli Dəniz Qüvvələri Komandanlığının ehtiyacı üçün alınan qovurma konservalarının 4 min 50 kiloqramında at əti aşkar edildiyini açıqlayıb.













