Gündəm
AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.
Müstəqil medianın maddi və mənəvi təminatı
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra söz və ifadə, məlumat azadlığı təmin olunmağa başladı. Paralel olaraq müstəqil mətbuatın formalaşması prosesinə start verildi. Nəticədə bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da saflaşma prosesini yaşadı. Belə ki, hazırda Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır. Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur.
Binəqədi şosesində 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib
Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb. “OLAYLAR” -a agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib ki, ilkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib.
Millət vəkili fiziki qüsurlu seçicisinin problemini həll etdi
Millət vəkili Sona Əliyevanın müraciəti əsasında daha bir fiziki qüsurlu Şəmkir rayon sakini Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ortopedik ləvazimatlarla təmin edilib. “OLAYLAR”-ın xəbərinə görə, Şəmkir rayon Morul kənd sakini, I qrup əlil Namazov Nabil Bəhman oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qoltuqalti ağac, ortez və korset ilə təmin olunub.
Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır
Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Bunu Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov Bakıda keçirilən V Azərbaycan-Rusiya Gənclər Forumunda çıxışı zamanı deyib.
Ağ Ev Ukraynaya ölümcül silahların verilməsi barədə qanun layihəsini təsdiqlədi
ABŞ prezidenti Donald Trampın Administrasiyası Ukraynaya ölümcül müdafiə silahlarının satılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla Tramp Administrasiyası Barak Obamanın Ukraynaya uçuş silahlarının satılması barədə qoyduğu qadağadan imtina edib.
42 yaşlı azərbaycanlı İtaliyada polis əməkdaşını döydü
İtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər. Üç sərxoş kişi karabinerlərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.
Ermənistanı gözləyən DƏHŞƏTLİ 2018 SSENARİSİ: Qarabağda müharibə və... - Rusiya AÇIQLADI
2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər. Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda proqnozlarını açıqlayıb. “2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir”, - deyə hesabatda deyilir. RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək”.
Kataloniyada parlament seçkisi başladı
Kataloniyada regional parlament seçkisi keçirilir. Artıq muxtariyyətdəki bütün seçki məntəqələri açılıb. Seçkidə 5,5 milyon insanın iştirakı nəzərdə tutulub. İspaniya Daxili İşlər Nazirliyi bölgədə təhlükəsizliyin təminatı üçün Kataloniyaya 12 min polis, 3 min Vətəndaş Qvardiyası əməkdaşını cəlb edib.
Bu yola girməyin, bağlıdır – Diqqət
Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə yolun təqribən 1 km-lik hissəsində hərəkət məhdudlaşdırılacaq.
Yanvarın 1-dən qüvvəyə minən cərimələr - 600 AZN-dək - SİYAHI
Bu ölkədə toy gecəsi gəlinin anası da otaqda olur, qızını izləyir - Qəribə adət
"İnterfax-Azərbaycan"ın baş direktoru vəfat etdi
"İnterfax-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanovAleksandr bu gün səhər saatlarında Moskva şəhərində beyinə qan sızmasından dünyasını dəyişib.
Gələn il Naxçıvanın elektrik enerjisinə olan tələbatı tamamilə alternativ enerji mənbələri hesabına ödəniləcək
"Böyük su elektrik stansiyaları daxil olmaqla, alternativ və bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payı ötən ildəkindən az olmayacaq". Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri müavini Nurəli Yusifbəyli bildirib. Onun sözlərinə görə, bu il ölkədə enerji istehsalında alternativ enerjinin payı 7-8% təşkil edəcək.
ABŞ-da sürətlə yer üzünə doğru irəliləyən nəhəng maqma qabarcığı tapıldı
ABŞ-ın Rutqers Universitetinin elm adamları ölkənin şimal-şərqində yerin altından üstünə doğru çıxan, əriyən qaya kütlələri tapıb. Bu barədə “Science Alert” dərgisi məlumat yayıb. Araşdırma əsnasında minlərlə geoloji sensordan yaradılan şəbəkədən istifadə edilib.


.jpg)











