Gündəm
İranda gecə baş verən zəlzələdə 97 nəfər yaralandı, hamilə qadın öldü
İranda ötən gecə baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, 97 nəfər isə yaralanıb. Ölən zəlzələdən qorxan hamilə qadın olub. 5,2 bal gücündə olan zəlzələ paytaxt Tehran yaxınlığında qeydə alınıb.
Toyda siyahıya pul əvəzinə bitkoin yazdırmaq ənənəsi başladı
Hindistanda Praşant Şarma və Niti Şri evlənməyə hazırlaşanda, qərara alıblar kı, onların toy məclisinə gələnlər onlara ənənəvi hədiyyə yox, qeyri-adi nəsə bağışlasınlar və gənc cüt bu arzularını qonaqlara çatdırıblar.
Prezident: Hakimiyyətdən gedərəm, amma o şəxsləri nazir təyin etmərəm
Moldova prezidenti İqor Dodon bəyan edib ki, boş qalan 6 nazir postuna göstərilən namizədlərin heç birini təsdiq etməyəcək. Məlumata görə, daha öncə Moldova prezidenti 6 nazirin istefasını təsdiq edib.
Vəziyyəti yenidən pisləşən Könül Xasıyeva danışdı: “Sabahdan xəstəxanaya yatırılacam” - VİDEO
Kiminsə toyuna getmək sağalmaq demək deyil. Bu gün də ağrı kəsicilərlə harasa gedə bilərəm. 3 gündür çox narahatam. Bu sözləri Xalq artisti, xanəndə Könül Xasıyeva ARB TV-nin "Günə son" proqramında deyib. Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti son vəziyyətindən danışıb.
Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində Qobustan rayonu Cəyirli kənd A.Quliyev adına tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, tam orta məktəbin direktoru Məsud Əliyev, R.Hüseynov adına ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
BNA peşə bayramı ilə əlaqədar Heydər Əliyevin məzarını ziyarət edib
Bakı Nəqliyyat Agentliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzərək əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Agentliyin kollektivi daha sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə də gül dəstələri düzüb.
İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb
Dekabrın 21-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir.
Qətl törədib qaçan şəxs yaxalanıb
Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirlini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 20-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirli evinin qarşısından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Küçə işıqlarına qənim kəsilən şəxs saxlanıb
Yollarda və körpülərdə quraşdırılan divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıblar.
Külli miqdarda partlayıcı oyuncaq müsadirə edilib
Hüquq-mühafizə orqanları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar müsadirə edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində Astara rayon sakini Elçin Nəsibovdan yüksək səsyayıcı qabiliyyətə malik olan 3480 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisindəki Əli Mustafayevə və atası Natiqə məxsus mağazadan yüksək səsyayıcı qabiliyyətə malik olan 945 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilmişdir.
Azərbaycan yaxın gələcəkdə ikili diplom müqaviləsi imzalayacaq
Fransada “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi, eləcə də ekologiyası üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” ERASMUS+LMPB layihəsi üzrə seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Fransanın paytaxtı Parisin CNAM Universitetində keçirilən seminarda ERASMUS+ layihəsinin regional koordinatoru olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı Sumqayıt Dövlət Universitetinin, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorları da iştirak ediblər.
Rektordan işçilərə bayram mükafatı – 70 faiz
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.
ÇOX TƏHLÜKƏLDİR: "video_xxxx.zip" sizə də gəlib?
"Facebook" sosial şəbəkəsində spam xarakterli mesajların sayı sürətlə artır. İstifadəçilər onların mesaj qutusuna gələn "video_XXXX.zip" tipli faylını səhvən kliklədikdən sonra, dostluq siyahılarında olan hər kəsə də bu tipli spam mesajlar göndərilir. Bəs bu virus hansı məqsədlərə xidmət edir və bu spam mesajı açanları hansı təhlükələr gözləyir? Əgər səhvən həmin mesajı açmışıqsa, hesabımızı qoruyub saxlamaq üçün ilk növbədə hansı tədbirləri həyata keçirməliyik?
Gömrükdə yük və malların idxal-ixrac prosesi sürətləndiriləcək
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli işçi görüş keçirilib.
Saatlının 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
Saatlı rayonunun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib.










.jpg)



