Saatlının 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Saatlı rayonunun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib.

Saatlı rayonunun 7 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, kəndlərə içməli suyun verilməsi münasibətilə Saatlı rayonunun Əlisoltanlı kəndində açılış mərasimi keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda həyata keçirilən kommunal infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. Açılış mərasimində iştirak edən kənd sakinləri su təminatındakı problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31