Azərbaycan yaxın gələcəkdə ikili diplom müqaviləsi imzalayacaq

Fransada “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi, eləcə də ekologiyası üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı” ERASMUS+LMPB layihəsi üzrə seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Fransanın paytaxtı Parisin CNAM Universitetində keçirilən seminarda ERASMUS+ layihəsinin regional koordinatoru olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı Sumqayıt Dövlət Universitetinin, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorları da iştirak ediblər.

Fransada "Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji effektivliyi, eləcə də ekologiyası üzrə açıq və distant təhsil formatında peşəkar bakalavr hazırlığı" ERASMUS+LMPB layihəsi üzrə seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Fransanın paytaxtı Parisin CNAM Universitetində keçirilən seminarda ERASMUS+ layihəsinin regional koordinatoru olan Azərbaycan Texniki Universiteti (AzTU) ilə yanaşı Sumqayıt Dövlət Universitetinin, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorları da iştirak ediblər.

Seminarda günü Avropadan olan ekspert universitetlərlə tərəfdaş ölkə universitetlərinin ikitərəfli görüşləri təşkil olunub. Bu tədbir çərçivəsində Azərbaycandan olan tərəfdaş universitetlər CNAM Universiteti, Leypsik Texniki Universiteti, Sevilya Universiteti, Turina Universiteti və Pavia Universiteti ilə təkbətək görüşlər keçirərək ikili diplom şərtlərini müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, yaxın gələcəkdə universitetlər arasında ikili diplom müqavilələri imzalansın.

Qeyd edək ki, seminarda Azərbaycan, Rusiya və Çindən olmaqla ümumilikdə 10 universitet, həmçinin Avropanın layihədə referent, resurs və ekspert qismində iştirak edən 7 universiteti təmsil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31