BNA peşə bayramı ilə əlaqədar Heydər Əliyevin məzarını ziyarət edib
Bakı Nəqliyyat Agentliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzərək əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Agentliyin kollektivi daha sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə də gül dəstələri düzüb.
21 Dekabr 2017 16:14 SosialBakı Nəqliyyat Agentliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri düzərək əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Agentliyin kollektivi daha sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə də gül dəstələri düzüb.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə paytaxt nəqliyyatının daha səmərəli idarə edilməsi məqsədilə, Bakı Nəqliyyat Agentliyi yaradılıb.