Sonra da deyirik ki, incəsənət, kino niyə ölüb? Ölməlidir də!
12:55 SosialƏntiqə Rəşid Aslan
Şubhəsiz ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Şəfiqə Məmmədova çox istedadlı aktrisadır! Birmənalı olaraq!Şəfiqə xanımın çəkildiyi bütün filmlər Azərbaycan kinosunun incilərindəndir! "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərində oynadığı rollar tam bir sənət əsəri! Aktrisaligına söz yox!
Amma 81 illik ömründə bir filmə quruluş verə bilməyən, ssenari yazmayan , çəkiliş meydançasında bir filmə həyat verməyən bir aktrisa niyə axı, kinomatoqrafçıların başında səlahiyyət sahibi olsun?
Axı, bu qədər istedadlı, fiziki qüvvəsi olan yüzlərlə rejissor durmuşkən, nədən 81 yaşlı bir aktrisa kino sektorunu yönətməlidir? 1980- ci ildə Burla Xatun və digər rolları yaxşı oynadığı üçün? Buna görə , böyük bir rejissorlar ordusuna başçı seçilmək nə dərəcədə mümkündür, vacibdir, düzgündür? Məncə sədr seçilmək Şəfiqə xanımın 81 ildə sənətə verdiyi ömrü də, sənət əsərlərini də çox kiçildir, qırıq-qırıq parçalayır və yerlə yeksan edir...
Məncə, onun aktrisa fəaliyyəti kifayət qədər öz dəyərini alıb; "Azərbaycan SSR əməkdar artisti" fəxri adı - 1 iyun 1974
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı - 24 fevral 1979
Azərbaycan SSR Dövlət mükafatı - 22 aprel 1980 ("Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə)
SSRİ Dövlət mükafatı - 1981 ("İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə)
"Azərbaycan SSR xalq artisti" fəxri adı - 1 dekabr 1982,
"Humay" mükafatı - 1995
"Şöhrət" ordeni - 2000
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 11 iyun 2002
"Şərəf" ordeni - 25 iyun 2013
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu - 29 mart 2015
"Cəfər Cabbarlı" mükafatı - 22 may 2018
1-ci dərəcəli "Əmək" ordeni - 29 mart 2020
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı - 2 fevral 2024
"İstiqlal" ordeni - 29 mart 2025
Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan SSR (1980) dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü!
Ay Şəfiqə nənə, qurban olum, sizə aid olan pensiya, müavinət, təqaüd və digər gəlirlərlə özünüzdən əlavə 5 Şəfiqə dolandırarsınız! Buraxın, bu liderlik hikkənizi, gedin nəvə yox e, nəticələrinizlə məşğul olun!
İstedadlara, bacarıqlılara, fiziki gücü olanlara imkan verin bu xalqa xidmət göstərsin! Sizi and verirəm, sizi Kinematoqrafçılar İttifaqının sədrliyinə musallat edən o müəmmalı şəxslərin əziz canına! İmkan verin bu xalq hər kəsi öz işinin - sənətinin başında görsün !
Vallah sizin Kinematoqrafçılar İttifaqının sədri olmağınızla Polad Bülbüloğlunun 81 yaşında "təzə bəy" olması eyni şeydir! Effektsiz!
Hər ikinizin 81 yaşında əlinizi- ayağınızı sallayıb, evdə oturan , nəticə yolu gözləyən vaxtinizdır! Sözüm 80- ni keçmiş deputatlara da aiddir!
P.S. Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılovun 82 yaşı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı,Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin 80 yaşı var!
Sonra da deyirik ki, müharibədəki qalibiyyətdən daha güclü hesab edilən, düşmən üzərindəki zəfəri bərqərar edəcək, mədəniyyət, ədəbiyyat, incəsənət, kino niyə ölüb? Ölməlidir də!