Çin ABŞ-ı kosmosda silah istehsalını dayandırmağa çağırır- ÖZƏL

ABŞ silahlanmanı və kosmosda hərbi əməliyyatlara hazırlıqları dayandırmalıdır. Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun brifinqdə bildirib.
Bazar ertəsi günü ABŞ Hərbi Hava Qüvvələri katibi Troy Meinke bildirib ki, ABŞ-ın kosmosa nəzarət etmək üçün orbital silahları var.
Diplomat bildirib ki, "Amerika tərəfini silahlanmanı və kosmosda hərbi əməliyyatlara hazırlıqları dayandırmağa və konkret hərəkətlərlə qlobal strateji sabitliyi dəstəkləməyə çağırırıq".
Quo Ciakun qeyd edib ki, Çin kosmosun dinc məqsədlərlə istifadəsini dəstəkləyir və onun hərbiləşdirilməsinə, döyüş meydanına və silahlanma yarışına çevrilməsinə qarşı çıxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31