Gündəm
Azərbaycan prezidenti: “Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”
“Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir”.
Prezident İlham Əliyev: “İkinci erməni dövlətinin yaradılması ideyası təhlükəli və xəstə məntiqdir”
“Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Ermənilər qanlı cinayət – Xocalı soyqırımını törədiblər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilib. Xocalısoyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb”.
Azərbaycan prezidenti: “Ərazi bütövlüyümüz bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir”
“Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev“2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
İlham Əliyev: "Azərbaycan son 14 il ərzində dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir"
“İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Goranboy və Samuxda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Goranboy və Samux rayonlarında inşa etdirilmiş 8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
Sərəncamların yerlərdə icrasına nəzər baxışı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır.
Netanyahu BMT-nin Qüdslə bağlı qərarını pislədi
İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsini rədd edir. Netanyahu Qüdsü İsrailin paytaxtı kimi çoxdan görmək arzusunda olduqlarını deyib. "ABŞ-a 70 il lazım oldu ki, bu qərarı versin. İndi də BMT-yə illər lazımdır ki, bizim istədiyimiz kimi addım atsın" - baş nazir deyib. Netanyahu İsrailin BMT-nin qərarını tanımayacağını və tikinti işlərinin davam etdiriləcəyini bildirib.
İdman mərkəzində faciə: 16 ölü, 10-dan çox yaralı
Cənubi Koreyanın Cekelon şəhərində idman mərkəzlərinin birində baş verən yanğında 16 nəfər həyatını itirib,10-dan artıq insan yaralanıb. Səlahiyyətlilər yanğının səkkiz mərtəbəli idman mərkəzinin avtomobil parkında bir maşının alovlanmasıyla başladığını bildiriblər. Həyatını itirənlərin ikinci mərtəbə yerləşən saunaya gələnlər qeyd edilir.
Ermənistanda sonun başlanğıcı və ya erməni-rus münasibətlərinin sərhədi
Ermənistanın Avropa İttifaqı ilə çərçivə sazişinin bağlanmasından sonra erməni və rus ictimaiyyətində həyəcan siqnalları eşidilməkdədir. Bu siqnallardan biri rus sərhədçilərinin İrana qədər uzanan İrəvan-Qoris-Mehri beynəlxalq yolunun 40 metrlik idarəsinin tikilməsinə razılıq verməməsidir. Rus sərhədçilərin öz səlahiyyətləri çərçivəsində, dövlətlərarası müqaviləyə uyğun hərəkət etməsinə baxmayaraq, Ermənistanda bu geniş əks-səda doğurub və rus hərbçilərinin dərhal ölkədən çıxarılması barədə çağırışlar səslənir. Ermənistanda hazırki situasiyanı "gəmidə oturub gəmiçi ilə dalaşmaq" da adlandırmaq olar. Lakin bu, mənasızdır. Çünki Ermənistan özü 1992-ci ildə ölkənin Türkiyə və İran sərhədinin qorunması üçün Rusiya FTX-nın sərhəd xidməti ilə müqavilə imzalayıb. O vaxtdan bəri heç nə dəyişməyib. Çox maraqlıdır ki, Ermənistan rus hərbçilərini ölkədən çıxartdıqdan sonra öz sərhədlərini qoruyacağına inanırmı?
Prezident: “Azərbaycan Asiya ilə Avropa arasında siyasi baxımdan körpü rolunu oynayır”
“Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir”.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinə satış səlahiyyətləri verilə bilər
Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinə satış səlahiyyətləri verilə bilər. Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri müavini Nurəli Yusifbəyli bildirib. "İnanıram ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinə satış səlahiyyətləri veriləcək. Bununla bağlı islahatlar gedir", - deyə o vurğulayıb.
Türkiyə tarixində ən böyük antik əşya əməliyyatı – On minlərlə tarixi əsər ələ keçirildi
İstanbul polisi tarixi əsər sayılan 26 min 456 ədəd antik əşyanı ələ keçirib. Antik əşya qaçaqmalçılığı ilə bağlı Türkiyə tarixində keçirilən ən böyük əməliyyatda 13 qaçaqmalçı yaxalanıb. İstanbul Polis İdarəsinin qaçaqmalçılıq cinayətləri ilə mübarizə şöbəsinin nümayəndələri 3 ay apardıqları izləmədən sonra əməliyyatı uğurla başa vurublar.
Təhsil Nazirliyi: 2018-ci ilin yanvarından 45 min müəllimin maaşı artırılacaq
2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq. Bu haqda Təhsil Nazirliyinin 2017-ci il üzrə təqvim ilinin təhsil xronikasında məlumat verilib.
“Mən aldadılmışam...” - Fədayə Laçın
Bu gün Bakı Apellyasiya Məhkəməsində “oğru”ların konvoy nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətlə bağlı Nəsimi Rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
10 illik ərini boşayır - Təcavüz qalmaqalına görə
Məşhur modelyer Georgina Chapman Holivudda 80-dən çox qadına təcavüzdə ittiham edilən prodüser əri Harvey Weinsteindən boşanır. Bir müddət əvvəl evi tərk edən Chapman məhkəməyə müraciət edib. 10 illik ailəsini dağıtmaq qərarına gələn modelyer həyat yoldaşından 12 milyon dollar təzminat istəyir.













