Gündəm
Arda Turan 12 milyonluq imza atdı - Londona gedir
"Barselona" ilə yol ayrıcında olan və adı "Qalatasaray" da daxil bir çox klublarla yanaşı çəkilən Arda Turanın sürpriz yatırıma imza atdığı ortaya çıxıb. Ulduz oyunçunun, hər fürsəttə "İstanbuldan sonra ən çox sevdiyim şəhər" dediyi İngiltərənin paytaxtı Londonda ev aldığı məlum olub. Ardanın bu addımı eyni zamanda adının ayanaşı çəkildiyi "Arsenal"a transferi ilə bağlı iddiaları da artırıb. Bununla yanaşı futbolçunun təxminən 12 milyon lirəlik bir yatırım etdiyi də bildirilir.
Kiyevə hücum başlanacaq! – ABŞ müharibənin FİTİLİNİ YANDIRDI
ABŞ prezidenti Donald Trampın administrasiyası Kiyevə letal (ölümcül) silahların birinci partiyasının çatdırmasını bəyənib. Amerika hökumətindəki məlumatlı mənbələr informasiyanı “Vaşinqton Post” qəzetinə açıqlamasında təsdiq ediblər.
“İlham Əliyev bunu bir daha beynəlxalq aləmə sübut etdi” - PA rəsmisi
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov feysbuk səhifəsində bu gün Bakıda öz işinə başlayan beynəlxalq konfransdan yazıb. N.Məmmədov “Bu gün Azərbaycan paytaxtının nadir arxitektura nümunələrindən birində - Heydər Əliyev mərkəzində “2017-İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” – Beynəlxalq konfransı işinə başladı” deyə qeyd edib.
350 məhbus yoxa çıxıb
“Human Rights Watch” təşkilatı Şimali İraq Kürd Muxtariyyəti tərəfindən Kərkükdə saxlanan 350 məhbusun yoxa çıxdığını deyib. Məlumata görə, itkin düşən məhbusların böyük əksəriyyəti İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan şəxslərdir.
Ərdoğan: Əziz Tramp, Türkiyənin iradəsini dollarla satın ala bilməzsən
Amerika Birləşmiş Ştatları heç bir pul müqabilində siyasi iradəsini Türkiyəyə qəbul elətdirə bilməz. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyədə aviareyslər təxirə salındı
Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə salınıb. Bu qərara sıx dumanın davam etməsi səbəb olub. Aviareyslərin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib. Məlumata görə, hazırda İğdır vilayətində görüntü məsafəsi 20 metrdən aşağıdır.
Allahşükür Paşazadə: “Mən nə qədər varam, Qafqaz Müsəlmanları İdarəsinin qurultayı keçirilməyəcək”
“Mən nə qədər həyatda varam, Qafqaz Müsəlmanları İdarəsinin qurultayının keçirilməsinə ehtiyac yoxdur”. Məlumata görə, bunu QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Başqasının arvadını əlindən alan aktyordan ŞOK CAVAB: Qızım olsaydı...
"Hababam Sınıfı"nın "Hayta İsmail"i Ahmet Arımanın 17 oktyabrda özündən 39 yaş kiçik gənc qadınla ailə qurmağı haqda məlumat vermişdik.
"Ölüm hökmü bərpa edilsin" - Deputat
Son zamanlar Azərbaycanda ailə- məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq doğurur. Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.
Binəli Yıldırım: Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Asiyaya birbaşa çıxışıdır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Türkiyənin Asiya ilə birbaşa əlaqəsini təmin edir. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
“Beşiktaş”ın Mahir Mədətova görə “Qarabağ”a ödəyəcəyi MƏBLƏĞ AÇIQLANDI - İNANILMAZ RƏQƏM
Türkiyə və yerli mediada yayılan qeyri-rəsmi məlumata görə, “Qarabağ”ın 20 yaşlı futbolçusu Mahir Mədətov “Beşiktaş” klubuna transfer edilib. Türkiyə təmsilçisi transfer qarşılığında ağdamlılara 3 milyon avro ödəyəcəyi bildirilir. Transfer haqqında rəsmi açıqlamanın 2-3 yanvar tarixində açıqlanacağı gözlənilir.
Qazax toyundakı amerikalı qadın HAMINI HEYRƏTLƏNDİRDİ: saz, azərbaycanca ifa və... - VİDEO
Amerika vətəndaşı xanım Marta Lavri Qazaxda toyda iştirak edib. Toyda saz çalıb, aşıq mahnısı ifa edən xanım hər kəsi təəcübləndirib. O, Azərbaycan dilində saz havası səsləndirib.
Bakının bu bəyanatı İrəvanı təşvişə saldı – MÜHARİBƏ QORXUSU
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüş haqda dediyi sözlər İrəvanda narahatlıq yaradıb. Məmmədyarov Nalbandyanla gələn il planlaşdırılan görüşü haqda danışarkən, “Mən hətta demişəm ki, iki gün də danışıq aparmağa razıyam. Əsas odur, nəticə olsun” deyə bildirib.
Qurban Qurbanov İSTEFA VERDİ, AFFA isə...
Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb. Bu barədə Qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q.Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq: “Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.
Hindistanda pələng toya hücum etdi
Hindistanda bir toy mərasimi qanlı hücumla bitib. Kənd ərazisində qeyd olunan toya ağacların arasından çıxan pələng hücum edib. Nəticədə bir qadın ağır şəkildə xəsarət alıb. Pələng tutularaq meşəyə buraxılıb.














