Avropada demokratiya səviyyəsi son 5 ildə geriləyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Beynəlxalq Demokratiya və Seçki Yardımı İnstitutunun (International IDEA) hesabatına görə, 2020-2025-ci illərdə Avropa ölkələrində demokratiyanın əsas göstəricilərində geriləmə qeydə alınıb.
Hesabata əsasən, Avropada 77 geriləmə halına qarşı 42 irəliləyiş aşkarlanıb. Ən çox təsirlənən sahələr vətəndaş azadlıqları, ədalətə çıxış və seçki bütövlüyü olub. Mənbəyə görə, geriləmələrin 28-i Şərqi Avropada, 18-i Mərkəzi Avropada, 16-sı Cənubi Avropada, 15-i isə Şimali və Qərbi Avropada baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31