Başqasının arvadını əlindən alan aktyordan ŞOK CAVAB: Qızım olsaydı...
"Hababam Sınıfı"nın "Hayta İsmail"i Ahmet Arımanın 17 oktyabrda özündən 39 yaş kiçik gənc qadınla ailə qurmağı haqda məlumat vermişdik.
21 Dekabr 2017 17:40 Dünya"Hababam Sınıfı"nın "Hayta İsmail"i Ahmet Arımanın 17 oktyabrda özündən 39 yaş kiçik gənc qadınla ailə qurmağı haqda məlumat vermişdik.
Canlı yayında Ahmet Arıman ilə Nihat Doğan arasında gərginlik yaşanıb. Ahmet Arıman və özündən 39 yaş kiçik arvadı Kader Kaynak "Söylemezsem Olmaz"ın canlı yayımına qatılıb. Aradakı yaş fərqi səbəbiylə gündəm olan bu evliliyin necə reallaşdığı danışılarkən Nihat Doğan Ahmet Arımanı çətin duruma salıb.
Ahmet Arımanın iki qızından söz açan Nihat Doğan "35 yaşlı qızınız 75 yaşlı bir kişiylə evlənsə, nə deyərdiniz?" sualı verib.
Sual qarşısında olduqca çətinlik çəkdiyi hiss edilən Arıman: "Bu onun ilk evliliyi olsaydı, əlimi stola vurub, qətiyyən icazə verməzdim. Amma evlənib, boşanıb "Mən onu sevirəm" deyərdisə yenə etiraz edərdim. Amma qızım sən bu həyatı seçirsənsə, mən sənə xəbərdarlıq edirəm" deyərdim. İlk evliliyi olsaydı, mütləq etiraz edərdim" deyib. Milli.Az Milliyet-ə istinadən xəbər verir.