Rusiya və Çin pilotsuz uçuş aparatları üçün sərhədlərarası marşrutlar açır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Çinlə pilotsuz aviasiya vasitələrinin (dronların) sərhədlərarası marşrutlarının işə salınması ilə bağlı fəal danışıqlar aparır. "Rosaviasiya"nın rəhbəri Dmitri Yadrov Beynəlxalq Gənclər Festivalında bildirib ki, bu layihə üzrə pilot zonanın Blaqoveşşensk şəhərində təşkil olunması təklif edilib və məsələ hazırda müzakirə mərhələsindədir.

Bu təşəbbüs Rusiya Prezidenti Vladimir Putinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) və digər tərəfdaş ölkələrlə pilotsuz nəqliyyat marşrutlarının formalaşdırılması çağırışına uyğun olaraq həyata keçirilir. Danışıqların fəal fazada olduğu və tərəflər arasında praktiki detalların nəzərdən keçirildiyi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31