AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" MMC-nin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2017 Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.

Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən "OLAYLAR"-a verilən məlumata əsasən, "AzerTelecom" MMC bu il Azərbaycan İnternet Forumu tərəfindən təşkil olunmuş sayca 9-cu Milli Net 2017 tədbirinə Baş sponsorluq edib. Şirkətdən bildirilib ki, Milli Net tədbiri artıq ənənəvi olaraq keçirilən və ölkədə ən yaxşı milli internet resursları üzə çıxartmaq və tanıtmaq, bu resursları qiymətləndirmək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirmək istiqamətində reallaşan layihədir və ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan "AzerTelecom" MMC bu tip layihələrin inkişafı və uğurlu şəkildə reallaşmasında maraqlıdır.

Milli Net 2017-yə oktyabr ayında start verilib və müsabiqə dekabrın 15-nə qədər davam edib. Peşəkar internet mükafatı müsabiqəsinə ümumilikdə 18 nominasiya üzrə 392 internet resurs təqdim edilib. Müsabiqənin qaydalarına uyğun olan 291 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Bu resurslar arasından ən yaxşıları olan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu) nominant statusu alıb. Müsabiqənin növbəti mərhələsi olan ikinci səsvermənin nəticələrinə əsasən mövcud 18 nominasiya üzrə qaliblər seçilib və ötən gün keçirilmiş tədbirdə hər nominasiya üzrə qaliblərə Milli Net-in xüsusi mükafatı - tuncdan hazırlanmış hörümçək əks olunan buta, 2-ci və 3-cü yerin qaliblərinə Diplomlar təqdim edilib. Qaliblərə həmçinin müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində ölkənin internet ictimaiyyətinin, bir sıra dövlət orqanlarının, ölkənin İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin, təhsil müəssisələrinin və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq ölkədə İKT sektorunun inkişafından bəhs ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31