Rusiya Xarici Kəşfiyyat Xidməti: Leypsiq aeroportundakı insidentdə Rusiya izi tapılmayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunun məlumatına görə, NATO ölkələrinin xüsusi xidmət orqanları öz hökumətlərinə Leypsiq hava limanında baş verən dron insidentində Rusiyanın əli olduğuna dair heç bir sübutun olmadığını bildiriblər. Qeyd olunub ki, araşdırmalar zamanı əksinə, hadisədə "Ukrayna izi"nin olduğuna dair çoxsaylı əlamətlər üzə çıxıb.

Xatırladaq ki, avqustun 5-də Leypsiq aeroportunun yük daşımaları zonasında partlayıcı maddə ilə təchiz olunmuş dron tapılmış və Almaniya tərəfi konkret sübut təqdim etmədən məsuliyyəti Rusiyanın üzərinə atmışdı. Moskva isə bu ittihamları tələsik təşkil olunmuş təxribat adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31