Müstəqil medianın maddi və mənəvi təminatı
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra söz və ifadə, məlumat azadlığı təmin olunmağa başladı. Paralel olaraq müstəqil mətbuatın formalaşması prosesinə start verildi. Nəticədə bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da saflaşma prosesini yaşadı. Belə ki, hazırda Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır. Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur.
21 Dekabr 2017 15:58 SosialMətbuata dövlət qayğısı medianın sərbəst fəaliyyətinə imkan yaradıb
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra söz və ifadə, məlumat azadlığı təmin olunmağa başladı. Paralel olaraq müstəqil mətbuatın formalaşması prosesinə start verildi. Nəticədə bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da saflaşma prosesini yaşadı. Belə ki, hazırda Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır. Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur.
Heç şübhəsiz ki, mətbuatın bu günkü səviyyəyə çatmasında dövlətin qayğısı müstəsna rol oynayıb. Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Mətbuata dövlət qayğısı prezident İlham Əliyev tərəfindən də davam etdirildi. Belə ki,
2003-cü ildən prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Xatırladaq ki, həmin illərdə qarşıya çıxan başlıca problemlərdən biri ondan ibarət idi ki, Azərbaycan mətbuatında dərin bir tənəzzül baş verirdi. O dövrdə mətbuat artıq ənənəvi missiyasından - informasiya ötürücüsü rolunu oynamaq missiyasından tamamilə kənara çıxmışdı. Belə ki, mətbuat ucuz yollarla - şantaj, böhtan, manipulyasiya və təhqir yolu ilə maddi qazanc vasitəsinə çevrilmişdi. Məhz belə bir şəraitdə Prezident İlham Əliyev Azərbaycan mətbuatının maliyyə probleminin həlli istiqamətində ciddi addımlar atmağa başladı. Bunlardan biri, hətta birincisi jurnalistlərin peşə nüfuzunun artırılması ilə bağlı idi. Bu istiqamətdə fundamental önəm kəsb edən ciddi tədbirlər görüldü. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasi kurs nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı.
Beləliklə, prezident İlham Əliyev 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncam imzaladı. Kütləvi informasiya vasitələrinin (KİV) "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məhz dövlət başçısının göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün -22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. Beləliklə, mətbuata dövlət qayğısı mətbuatın inkişafı və peşə nüfuzunun artmasını təmin etdi.
Artıq qətiyətlə demək olar ki, ölkəmizdə fikir, söz, məlumat və ifadə azadlığı təmin edilməkdədir. İndi ölkəmizdə bu prinsiplər qorunub-saxlanılır və inkişaf etdirilir. Hazırda Azərbaycanda söz və mətbuat sahəsində əldə edilən uğurlar bir çox xarici ölkələr üçün münunə hesab oluna bilər. İstər kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dəstək, istərsə də media təmsilçilərinin sosial rifahının yüksəldilməsinə hesablanmış layihələr dünya miqyasında ilklərdən hesab olunur. Kütləvi informasiya vasitələrinin sərbəst və azad şəkildə fəaliyyətini təmin etmək, onların maddi-texniki bazasının yaradılması məqsədilə göstərilən dəstək, eləcə də jurnalistlərin mənzil-məişət şəraitinin yaradılması istiqamətində atılan addımlar dediklərimiz bir daha təsdiqləyir. Bu isə o deməkdir ki, dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbədən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb.
Bundan başqa, ölkədə müstəqil mətbuatın fəaliyyəti məqsədilə təkmil qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş "Məlumat Azadlığı haqqında" Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş "İnformasiyanın əldə edilməsi haqqında" Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edir. Məlum olduğu kimi mşvcud problemləri aradan qaldırmaq və KİV-in müstəqilliyini inkişaf etdirmək məqsədilə 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə mətbuatın inkişafına yeni nəfəs vermiş oldu. KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-in müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirməkdir. Sirr deyil ki, KİVDF-nin hazırki fəaliyyəti mətbuatın iqtisadi müstəqilliyinin güclənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasına və hal-hazırda müşahidə olunan problemlərin aradan qalxmasına güclü təkan verməkdədir. Üstəlik Kütləvi İnformasiya Vasitələrinin dövlət qeydiyyatına alınması mexanizminin sadələşdirilməsi ölkədə müstəqil medianın fəaliyyətinə göstərilən diqqət və qayğının nümunəsi kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir