Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib

Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki,Heydər Əliyev Beynəlxalq Hava Limanında Pan-Afrika Parlamentinin nümayəndə heyətini Milli Məclisin Qambiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eyvaz Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31