Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini nəzərdən keçirməyə başlayır – ÖZƏL
12:47 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsi yazılı prosedurla "Beynəlxalq sülh və rifah naminə Tramp yolu" (TRIPP) layihəsi üzrə çərçivə sazişinin ölkə Konstitusiyasına uyğunluğunu nəzərdən keçirməyə başlayır. May və iyun aylarında İrəvan və Vaşinqton arasında imzalanan, iyunun 4-də isə ABŞ Dövlət katibi Marko Rubio və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan tərəfindən yekunlaşdırılan sənəd hökumət tərəfindən bəyənilib. Məhkəmə müsbət qərar verəcəyi təqdirdə, saziş ratifikasiya üçün Milli Məclisə təqdim olunacaq.
Baş nazir Nikol Paşinyan tikinti işlərinə bu payız başlamaq istədiklərini bildirsə də, Ermənistanın ABŞ-dəki səfiri və Azərbaycan XİN rəhbəri layihənin icrasının gələn ilin əvvəlinə təsadüf edəcəyini qeyd ediblər. Azərbaycanın bu layihəyə hansı formada aidiyyəti olduğu isə hələlik qeyri-müəyyən olaraq qalır.