Kataloniyada parlament seçkisi başladı
Kataloniyada regional parlament seçkisi keçirilir. Artıq muxtariyyətdəki bütün seçki məntəqələri açılıb. Seçkidə 5,5 milyon insanın iştirakı nəzərdə tutulub. İspaniya Daxili İşlər Nazirliyi bölgədə təhlükəsizliyin təminatı üçün Kataloniyaya 12 min polis, 3 min Vətəndaş Qvardiyası əməkdaşını cəlb edib.
21 Dekabr 2017 15:29 DünyaKataloniyada regional parlament seçkisi keçirilir. Artıq muxtariyyətdəki bütün seçki məntəqələri açılıb. Seçkidə 5,5 milyon insanın iştirakı nəzərdə tutulub. İspaniya Daxili İşlər Nazirliyi bölgədə təhlükəsizliyin təminatı üçün Kataloniyaya 12 min polis, 3 min Vətəndaş Qvardiyası əməkdaşını cəlb edib.
Qeyd edək ki, müstəqillik referendumundan sonra İspaniya Kataloniya hökumətini istefaya göndərmişdi. Madrid bölgədə növbədənkənar parlament seçkisi keçirəcəyini bildirmişdi. Axar.az