Ağ Ev Ukraynaya ölümcül silahların verilməsi barədə qanun layihəsini təsdiqlədi
ABŞ prezidenti Donald Trampın Administrasiyası Ukraynaya ölümcül müdafiə silahlarının satılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla Tramp Administrasiyası Barak Obamanın Ukraynaya uçuş silahlarının satılması barədə qoyduğu qadağadan imtina edib.
21 Dekabr 2017 15:41 DünyaABŞ prezidenti Donald Trampın Administrasiyası Ukraynaya ölümcül müdafiə silahlarının satılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla Tramp Administrasiyası Barak Obamanın Ukraynaya uçuş silahlarının satılması barədə qoyduğu qadağadan imtina edib.
"The Washington Post"un məlumatına görə, bu addım ABŞ Milli Təhlükəsizlik Şurasının aparıcı ekspertləri tərəfindən təsdiqlənib. Qərar Trampın Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq etmək səylərinə ciddi zərbə kimi qiymətləndirilir.
Qeyd edək ki, bu ay ABŞ Dövlət Departamenti Ukraynaya 41,5 milyon dollar dəyərində M107A1 snayper tüfənginin, silah-sursatın və lazımlı detallar və aksessuarların satılmasına dair kommersiya lisenziyası verib.
Bununla belə, Ukrayna hökumətinin xahiş etdiyi tank əleyhinə "Cavelin" sistemlərinin ixracı haqda hələlik söhbət getmir. Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir.