Gündəm
Nazənin Təranəni yenə məhkəməyə verir
Təranə Qumral (İbrahimova) instaqram səhifəsində Nazənin xanımın ailə üzvləri barəsində qeyd etdiyi yazılar əxlaqi prinsiplərə ziddir. Bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib. O, Təranə Qumralın həmkarının oğlunu cindar adlandırmasına münasibət bildirib.
İlin milyarderi o oldu - Rusiyada
"Alfa-Qrupp" şirkətinin Müşahidə Şurasının sədri Mixail Fridman "Forbes" jurnalının versiyasına əsasən Rusiyada ilin iş adamı seçilib. Jurnal M.Fridmanın il ərzində xarici şirkətlərə 5 milyard dollardan çox investisiya qoyduğunu hesablayıb. Bu göstərici rusiyalı iş adamları üçün rekord hesab olunub.
Bütün dünyanın gözü ORADA OLACAQ: Saat 19:00-u GÖZLƏYİN
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında tarixi bir hadisə yaşanacaq. Qurumun fövqəladə toplantısında ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq hazırlanan qətnamə layihəsi səsverməyə çıxarılacaq.
“Prezident İlham Əliyev və Azərbaycan tarix elmi”- TƏDBİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib. Məlumata görə, elmi konfransı Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov açaraq tədbir iştirakçılarını salamlayıb.
Avtomobilin dam örtüyündə mobil telefonlar aşkarlandı
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Pirotexniki malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Qusarda insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Qusar rayon orta məktəblərində 8-11-ci sinif şagirdləri və müəllimlərin iştirakı ilə maarifləndirici təlim keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək, həm ölkəmizdə, həm də bütün dünya ölkələrində bu problemin geniş yayıldığını qeyd edib.
Bir ayda vergi orqanlarına 8792 müraciət daxil olub
2017-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8792 müraciət daxil olub. Vergilər Nazirliyindən “Olaylar"a verilən məlumata görə, onların da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir. Müraciətlərin 38,7%-i müxtəlif arayışların alınması, 33,7%-i kameral vergi yoxlamaları, 9,6%-i vergi borcları, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.
Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Mohmand arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.
Bakıda beynəlxalq turnir keçirilir
Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Boks Federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək.
Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir
"Azərbaycan nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi dünyada fərqlənir”. “OLAYLAR”—ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri millət vəkili Tahir Rzayev səsləndiriib.
Türkiyə baş nazirinin səssiz Naxçıvan səfəri
Türkiyənin baş naziri Binəli Yıldırım ötən gün bur günlük Naxçıvana səfər etdi. Qardaş ölkənin Baş nazirinin səfəri bir sıra mətləblərdən xəbər verir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
Zorakılığa məruz qalmış uşaqların davranışlarında kəskin dəyişikliklər baş verir
Uşaq intiharlarının və uşaqlara qarşı zorakılıq hallarının artması və bununla bağlı maarifləndirmə işlərinin zəifliyi cəmiyyətin sağlam inkişafına böyük maneələr yarada bilər. Bu problemin həlli və bu istiqamətdə atılacaq addımlar kimliyindən, mövqeyindən asılı olmayaraq hər kəsi düşündürməlidi.
Bakıda 2 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 48 m2 olan 2 otaqlı mənzilin mətbəxində paltaryuyan maşın qismən yanıb.
Binəqədidə mağaza yanıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir.














