Qusarda insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Qusar rayon orta məktəblərində 8-11-ci sinif şagirdləri və müəllimlərin iştirakı ilə maarifləndirici təlim keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək, həm ölkəmizdə, həm də bütün dünya ölkələrində bu problemin geniş yayıldığını qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Qusar rayon orta məktəblərində 8-11-ci sinif şagirdləri və müəllimlərin iştirakı ilə maarifləndirici təlim keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək, həm ölkəmizdə, həm də bütün dünya ölkələrində bu problemin geniş yayıldığını qeyd edib. Azərbaycanda bu sahədə qəbul edilmiş qanunvericilik, Milli Fəaliyyət Planı haqqında məlumat verərək bildirib ki, Azərbaycan dövləti bu sahədə ehtiyacı olan bütün standartlara və mexanizmlərə sahibdir. Fuad Əliyev əlavə etdi ki, insan alveri qurbanları üçün sığınacaq fəaliyyət göstərir və onlara psixoloji yardım göstərilərək cəmiyyətə reinteqrasiyası təmin olunur. İnsan alverinin qarşısının alınmasına dair məlumatlar şagirdlərə çatdırılaraq, bu sahədə maarifləndirmə işinin daha geniş təbliğ edilməsinin vacibliyinə diqqət çəkilib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Fuad Əliyev tərəfindən iştirakçılara insan alverinə qarşı həyata keçirilən mübarizə tədbirləri, onların profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verib. Daha sonra çıxış edən müstəqil ekspert Məlahət Ağayeva "İnsan alverinin qarşısını almaq üçün sinifdənxaric tədbirlərin təşkili" adlı metodik vəsaiti təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31