Gündəm

"COCO" dükanında müştəridən 10 manatlıq broşkaya görə 45 manat alıblar

21 Dekabr 2017 13:31

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində istehlakçıların hüquqlarının pozulması halları davam etməkdədir. Belə ki, Bakı şəhəri 28 May küçəsi ev 20, mənzil 50 ünvanda yaşayan Qazıbəyova Leyli Cəmil qızı 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına mal almaq üçün daxil olur.

İqtisadiyyat naziri Beyləqanda vətəndaşları qəbul edəcək

21 Dekabr 2017 13:25

Dekabrın 22-də İqtisadiyyat naziri Şahin Mustafayev Beyləqan rayonunda Beyləqan, Fizuli, İmişli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Beyləqan şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti) keçiriləcək.

Məşhur pəhriz həb formasında olacaq

21 Dekabr 2017 13:23

Həkimlərin ürək xəstələrinə məsləhət gördükləri Aralıq dəniz pəhrizi artıq həb halında satışda ola bilər. Olaylar.az bildirir ki, Kembric Universitetində aparılan araşdırmalar zamanı pəhrizi həb olaraq insanlara təqdim etməyin mümkün olduğu öyrənilib.

Nazir 40-a yaxın vətəndaşın müraciətinə baxdı

21 Dekabr 2017 13:22

Dekabrın 21- də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Mingəçevir, Ağdaş, Goranboy, Naftalan, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlarını qəbul edib.

Gələn il üçün qeyri-iş günlərinin sayı açıqlanıb

21 Dekabr 2017 13:19

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr  tarixli 18 nömrəli qərarı qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

DİN mülki işçi axtarır

21 Dekabr 2017 13:15

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. DİN-dən verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ixtisas və ali təhsilli, atletik bədən quruluşuna malik, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (oğlanlar) iştirak edə bilərlər.

Türkiyə parlamentində erməni əsilli deputata görə dava düşdü

21 Dekabr 2017 13:13

Türkiyə Böyük Millət Məclisində növbəti insident yaşanıb. Məlumata görə, bu dəfə hakim Ədalət və İnkişaf Partiyası AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.

Levon Markos: “Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”

21 Dekabr 2017 13:09

Rusiyalı iş adamı Levon Markos Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb və həmin məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edir. 2000-ci illərin əvvəllərində iş adamı Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb. Lakin sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib.

Azərbaycan pasportu daşıyan çox iri və sirli mafioz Avstriyada tutuldu

21 Dekabr 2017 13:08

Avstriyada Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında ən iri və və sirli kölgə bankirlərindən olan Ruslan Barkovski tutulub. Barkovski bir neçə ölkənin pasportunu daşıyırdı və daim yerini dəyişirdi, bir ölkədən o birinə gedirdi. Onun son vaxtlar İspaniya, Almaniya, İsveçrə, Fransa və Avstriyada olduğu məlumdur. Nəhayət sonuncu ölkədə onu yaxalamaq mümkün olub.

Britaniya 9 mindən artıq azərbaycanlıya viza verməkdən imtina edib

21 Dekabr 2017 13:05

2005-2016-cı illərdə Böyük Britaniyanın xarici ölkələrdəki konsulluqları Azərbaycan vətəndaşları tərəfindən edilən viza müraciətlər üzrə 82911 ərizəyə baxıb. Onlardan 74038-ə viza verilsə də, 9078 ərizəci rədd cavabı alıb.

Azərbaycanda sahibkarlıq fəaliyyəti 4 subyektə bölünəcək

21 Dekabr 2017 13:02

Azərbaycanda subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. Məlumata görə, bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna yeni 4-1 (Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü) maddəsi əlavə edilir.

Şöbə müdiri: "Bakıda 240 binada sulu zirzəmi problemi var"

21 Dekabr 2017 12:55

"Son araşdırmalara görə, Bakı üzrə 240-a yaxın binada sulu zirzəmi problemi var". Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ilin yekunlarına dair keçirilən tədbirdə deyib. 

Ağrıda sıx duman 5 nəfəri öldürdü

21 Dekabr 2017 12:52

Türkiyənin şərqindəki Ağrı vilayətində sıx duman nəticəsində yol qəzaları baş verib. Məlumata görə, iki yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Güclü külək olacaq- XƏBƏRDARLIQ

21 Dekabr 2017 12:51

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclü olacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Ələkbər əminin inanılmaz ölüm səbəbi: Diş həkiminə gedib və... - İLLƏR SONRA AÇIQLANAN FAKTLAR

21 Dekabr 2017 12:45

90-cı illərdə böyüyən uşaqlarda mərhəmətin, sevginin, aydın təfəkkürün formalaşmasında valideynlərin və bilik ocaqlarının təlim-tərbiyəsi ilə yanaşı, bir qəhrəmanın da böyük rolu vardı. O, mavi ekranlardan ölkənin bütün balacalarını oxşayacaq qədər böyük ürəyə, qəlbindəki sevgini bütün bəşər övladı ilə bölüşəcək qədər zəngin mənəviyyata sahib idi. O, yaşından asılı olmayaraq, hər kəsin "Ələkbər əmi" deyə müraciət etdiyi doğma sima idi. Ələkbər əmi artıq 10 ildir ki, bu həyatda yoxdur. Lakin bu cismani yoxluq onu sevənlərinə, xüsusən də ailə üzvlərinə unutdurmur. Həmsöhbətim sevimli aktyor, Təbəssüm Ordeninə layiq görülən yeganə azərbaycanlı, mərhum Ələkbər Hüseynovun həyat yoldaşı Afaq Hüseynovadır.