"COCO" dükanında müştəridən 10 manatlıq broşkaya görə 45 manat alıblar

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində istehlakçıların hüquqlarının pozulması halları davam etməkdədir. Belə ki, Bakı şəhəri 28 May küçəsi ev 20, mənzil 50 ünvanda yaşayan Qazıbəyova Leyli Cəmil qızı 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına mal almaq üçün daxil olur.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, paytaxtda fəaliyyət göstərən ticarət mərkəzlərində istehlakçıların hüquqlarının pozulması halları davam etməkdədir. Belə ki, Bakı şəhəri 28 May küçəsi ev 20, mənzil 50 ünvanda yaşayan Qazıbəyova Leyli Cəmil qızı 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən "COCO" dükanına mal almaq üçün daxil olur. 4 yaşlı övladı çox sıxlıq olan dükanda manikenə toxunur və maniken aşır. Manikenin pencəyinin yaxasında olan dəmir broşka harasa toxunur, broşkaya yapışdırılmış 15 ədəd rəngli kiçik bəzəkdən 2-i qopur. Şikayətçi bildirib ki, bununla da mağazanın işçiləri onları günahlandıraraq ana və uşağını dükandan buraxmayacaqlarını bildirirlər. Broşkada qopmuş düymələr üçün isə 45 AZN pul tələb edirlər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Şikayətçi bildirib ki, əslində dükanda onları "həbs" edib 45 AZN-i tələb ediblər: "Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 -da oldu. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı selofana qoyub mənə verdilər. Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi, broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib. Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edərək 45 AZN-i tələb etsə də hələ ki,ödənilməyib. Düşünürəm ki, bu haqsızlıqdır, broşkanın qiyməti maksimum 10 AZN ola bilər, qopan şüşəni asanlıqla yapışdırmaq olar və bunu edə bilərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31