Gündəm

İstanbulda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb

21 Dekabr 2017 12:39

Türkiyənin İstanbul şəhərində terrorçularla əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb. İstanbul polisinin Terrora Qarşı Mübarizə Şöbəsi “Əcənəbi terrorçu döyüşçülərə qarşı əməliyyat” kod adı altında əməliyyat-axtarış tədbiri keçirib.

ABŞ yeni müharibənin planını hazırlayır - SSENARİ

21 Dekabr 2017 12:36

Birləşmiş Ştatlar raket-nüvə proqramının dayandırılması məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) zərbənin vurulması planını hazırlayır. Bu haqda məlumatlı mənbələrə istinadən “The Daily Telegraph” qəzeti bildirib.

ABŞ-dan Türkiyəyə təhdid: Prezident seçkilərində...

21 Dekabr 2017 12:35

Keçmiş CIA idarəçilərindən olan Qraham Fuller Türkiyə barədə təhdidedici ifadələr səsləndirib. Fuller Fətullah Gülənin “green kart” alması üçün etimadnamə yazdığını etiraf edib. İndiyə qədər Türkiyə haqqında üç kitab yazan Fuller 15 iyul çevriliş cəhdinin FETÖ tərəfindən həyata keçirilmədiyini iddia edib.

Müsavatla bağlı proqnozlar reallaşır TƏRS BAXIŞ

21 Dekabr 2017 12:31

Müsavat partiyasının sonuncu qurultayından sonra partiyadaxili qarşıdurmalar fonunda cərəyan edən hadisələr elə həmin qurultay ərəfəsində verilən proqnozları reallaşdırmaqdadır. Belə ki, həmin proqnozlardan biri də bu idi ki, İsa Qəmbər başqanlıqdan gedərkən, Arif Hacılını ona görə öz yerinə təyin etdi ki, yəni başqanlıq seçkilərini onun üçün saxtalaşdırdı ki, yenidən başqan olmaq şansını əlində saxlasın. Məhz bu səbəbdən, dərhal MSDM adlı qurum yaradaraq, özünü bu qurumun sədri elan edən İ.Qəmbər növbəti qurultaya qədər siyasi arenada qalmaq üçün bundan münbit vasitə tapa bilməmişdi. İndi isə növbəti qurultayın və başqanlıq seçkilərinin zamanı çatır və İ.Qəmbər köhnə postuna dönmək üçün yeganə çıxış yolunu partiyanı parçalamaqda görməkdədir.

Gürcüstan-Ermənistan sərhədində Ermənistan vətəndaşı saxlanılıb

21 Dekabr 2017 12:28

Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb. Məlumata görə, saxlanılan şəxsin avtomobilində bəyan edilməmiş, ümumi çəkisi 537,7 kiloqram olan mis qırıntıları aşkar olunub. Müsadirə olunmuş malın gömrük dəyəri 4086,52 lari təşkil edib.

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun

21 Dekabr 2017 12:29

Bəzən Yeni il hədiyyə qutularının üzərində tarix qoyula bilər, amma bu tarix onun içərisindəkilərə aid deyil. Ona görə də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar. Məlumata görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi İmran Abdullayev deyib.

Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb

21 Dekabr 2017 12:25

Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Xocalışəhərində törədilmiş soyqırımın pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

“Qara bağ” -  Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film”

21 Dekabr 2017 12:21

Rejissor Amil Məmiyevin “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az  -a bildirilib ki, dünən baş tutan mükafatlandırma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.

"Törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları 4,3 faiz artıb”

21 Dekabr 2017 12:14

“2017-ci ilin 11 ayı ərzində 17 qrip hadisəsi aşkarlanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90 faiz azalma deməkdir”. Bu sözləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorun təşkili məsələləri üzrə müavini Anaxanım Əliyeva deyib. Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə Respublika Müalicəvi Profilaktika İdarələrinə müraciətlərin sayı 10 faiz azalıb: “Yoluxucu xəstəliklər epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə rotavirus, B tipli hemofil infeksiya tərəfindən törədilən bakteriyal miningitlər, pnevmakok infeksiyaları üzərində epidemioloji nəzarət davam edir. 2017-ci ilin 11 ayı ilə müqayisıdə 2016-ci ilin müvafiq dövrü ilkin vərəm hadisələri (3641 hadisəyə qarşı 3658 hadisə) demək olar ki, eyni səviyyədə qalıb. Ötən illə müqayisədə 2017-ci ildə vərəmə görə labarotor müayinə yaxşılaşıb və bu göstərici 48,5 faizdən 55,5 faizə qədər yüksəlib. Kəskin bağırsaq infeksiyalarının səviyyəsi ötən illə müqayisədə 1,1 faiz (14921 hadisəyə qarşı 14751 hadisə), o cümlədən törədicisi müəyyən olunmayan enteritlərin səviyyəsi 3,8 faiz azalıb. Törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları isə 4,3 faiz artıb”.

İŞİD cəlladı Türkiyədən Yunanıstana keçmək istəyərkən saxlanılıb

21 Dekabr 2017 12:07

Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətində İŞİD-in tanınmış cəlladlarından biri Mahmud ləqəbli 28 yaşlı terrorçu saxlanılıb. Məlumata görə, bu barədə vilayət polisi xəbər yayıb. Terrorçunun Suriyadan Türkiyə ərazisinə daxil olması və buradan Yunanıstana keçmək planları barədə polisə xəbər daxil olduqdan sonra əməliyyat keçirilib. Məlumata görə, ilkin dindirilmədə Mahmud İŞİD-çi olduğunu, günahını etiraf edib, eləcə də həyat yoldaşı və anasının da İŞİD üzvləri olduqlarını bildirib.

Ukrayna-Rusiya münasibətlərində YENİ MƏRHƏLƏ

21 Dekabr 2017 12:03

Bolqarıstan Ukraynadan gələn şikayət səbəbilə Rusiya ilə əldə etdiyi “MiG-29” bərpa razılaşmasını ləğv edib. Bu barədə Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov məlumat verib.

Ramil Usubov daha bir rəisi işdən çıxartdı - TƏYİNAT

21 Dekabr 2017 12:01

Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Gömrükdə hansı hallarda videoçəkilişdən istifadəyə yol verilməyəcək?

21 Dekabr 2017 11:58

Azərbaycanda gömrükdə yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişə icazə verilməyəcək. Bu barədə Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərdə deyilir. Məcəllənin 64.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı iki hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir”.

Cenifer Lopez dəbdəbəli villasını satışa çıxarıb: 4 yataq otağı və 11 hamam...

21 Dekabr 2017 11:56

Dünyaca məşhur olan müğənni Cenifer Lopezin Nyu Yorkda yerləşən dəbdəbəli villası satışa çıxarıb. Keçmiş beyzbol oyuncusu olan sevgilisi Alex Rodriguezlə birlikdə yaşamağa qərar verən müğənni evini 27 milyon dollara satışa çıxarıb. 4 yataq otağı və 11 hamamı olan villa böyüklüyü və genişliyi ilə media gündəmindən düşmür.