Ramil Usubov daha bir rəisi işdən çıxartdı - TƏYİNAT

Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib. Daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə də yeni rəis təyinatları olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib. Mia.az xəbər verir ki, Daşkəsən və Kəpəz polis şöbələrinə isə hələlik təyinat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31