Ukrayna-Rusiya münasibətlərində YENİ MƏRHƏLƏ
Bolqarıstan Ukraynadan gələn şikayət səbəbilə Rusiya ilə əldə etdiyi “MiG-29” bərpa razılaşmasını ləğv edib. Bu barədə Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov məlumat verib.
21 Dekabr 2017 12:03 DünyaBolqarıstan Ukraynadan gələn şikayət səbəbilə Rusiya ilə əldə etdiyi "MiG-29" bərpa razılaşmasını ləğv edib. Bu barədə Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov məlumat verib.
Bolqarıstan 15 qırıcı təyyarənin bərpası ilə bağlı Rusiyaya aid "RSK MiG" şirkəti ilə razılaşma əldə edib. Lakin Ukraynanın "Ukroboronprom" şirkəti bu razılaşmaya qarşı çıxıb və Rəqabəti Qoruma Komissiyasına şikayət ərizəsi göndərib. Ukraynanın şikayəti təmin edilib. K.Karakaçanov isə bildirib ki, razılşamanın ləğv edilməsi Bolqarıstanın hərbi aviasiyasını iflic edəcək. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31