Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
13:27 SosialBakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.