ABŞ-dan Türkiyəyə təhdid: Prezident seçkilərində...

Keçmiş CIA idarəçilərindən olan Qraham Fuller Türkiyə barədə təhdidedici ifadələr səsləndirib. Fuller Fətullah Gülənin “green kart” alması üçün etimadnamə yazdığını etiraf edib. İndiyə qədər Türkiyə haqqında üç kitab yazan Fuller 15 iyul çevriliş cəhdinin FETÖ tərəfindən həyata keçirilmədiyini iddia edib.

Keçmiş CIA idarəçilərindən olan Qraham Fuller Türkiyə barədə təhdidedici ifadələr səsləndirib. Fuller Fətullah Gülənin "green kart" alması üçün etimadnamə yazdığını etiraf edib. İndiyə qədər Türkiyə haqqında üç kitab yazan Fuller 15 iyul çevriliş cəhdinin FETÖ tərəfindən həyata keçirilmədiyini iddia edib. Bununla belə, Gülən tərəfdarı olan agent rəsmi Vaşinqton və CIA idarəçiləri arasında hələ də Türkiyədə çevriliş olmasını istəyənlərin mövcudluğundan bəhs edib. O, şəxsi bloqunda dərc etdiyi yazıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan təhdiddolu ifadələrə də yer verib. Fuller Ərdoğanın 2019-cu il prezident seçkilərində ağır əvəz ödəyəcəyini bildirib.

Ərdoğanla Osmanlı hökmdarı II Əbdülhəmidi müqayisə edən Fuller həmin dövrdə rejimi dəyişdirmək məqsədilə fəaliyyət göstərən "Gənc türklər" təşkilatını unutmayıb. Beləliklə də, 2016-cı il çevriliş cəhdinin guya ordu daxilindəki narazılıqdan meydana gəldiyinə işarə vurub.

Qeyd edək ki, artıq Fullerin FETÖ terror təşkilatı ilə əlaqələri rəsmi şəkildə təsdiqlənib. Yenicag.az xarici KİV-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31