Gündəm

Bu il 17 qrip hadisəsi aşkarlanıb

21 Dekabr 2017 11:54

Bu ilin payız-qış mövsümü ilə əlaqədar olaraq, əhali arasında aparılmış müayinələr nəticəsində 17 qrip hadisəsi aşkarlanıb. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun təşkilat məsələləri üzrə müavini Ağaxanım Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə başlayır

21 Dekabr 2017 11:51

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

“Azərbaycanla Aİ münasibətləri bəzi qüvvələri narahat edir”- ŞƏRH

21 Dekabr 2017 11:46

“The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialar ölkəmizə qarşı bir mərkəzdən məqsədyönlü şəkildə idarə olunan kampaniyadır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Avtomobili insanların üzərinə sürdü - 15 yaralı 

21 Dekabr 2017 11:44

Avstraliyanın Melburn şəhərində avtomobil piyadaların üzərinə sürülüb. Hadisə nəticəsində 15 nəfər zərər çəkib. Onlardan 13-ü xəstəxanaya yerləşdirilib. Sürücü saxlanılıb.

Müğənni Nazəninin falçılıq edib CİN ÇIXARAN OĞLU - FOTOFAKT (İDDİA)

21 Dekabr 2017 11:38

“Eşitdiyimə görə, Nazənin xanımın oğlu Fəxri cindardı. İnsanların bədənindən cin çıxarır”. Bu sözləri müğənni Təranə Qumral öz instaqram hesabında yazıb. O, Nazənin oğru Fəxrinin cindar olduğunu iddia edib.

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

21 Dekabr 2017 11:36

Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbulu başa çatıb. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-dən başlayan qeydiyyat və sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb. Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 99 ərizə qeydiyyata alınıb.

SOCAR və “Total” gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

21 Dekabr 2017 11:35

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ermənistanın “olum, ya ölüm” seçimi

21 Dekabr 2017 11:33

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Qüds məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ilə bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, onun Qüds mövqeyini qəbul etməyən ölkə ABŞ maliyyə yardımından məhrum olacaq.

Ferma heyvanlarla birgə yanıb

21 Dekabr 2017 11:32

Abşeron rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonda ümumi sahəsi 30 m2 olan tövlənin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 9 baş xırdabuynuzlu heyvan tələf olmuşdur.

“Şahdağ” Turizm Mərkəzində yaşanan izdihamla bağlı toplantı keçirildi

21 Dekabr 2017 11:30

Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla  bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə  tənzimləmə yolları müzakirə olunub. Turizm Mərkəzi ilə əməkdaşlıq  şərtləri və güzəştləri haqqında razılığa gəlinib. 

Xətaidə yaşayış binasının yanmasına görə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

21 Dekabr 2017 11:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə M. Vəliyev son sözlə çıxış edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Sonra hakimlər kollegiyası müşavirəyə gedib və müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, M. Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Premyer Liqa klubunda baş məşqçi istefası

21 Dekabr 2017 11:20

İngiltərənin "Suonsi" klubu baş məşqçisi Pol Klementlə yolları ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.  "Suonsi" Premyer Liqanın aşkar autsayderidi. Geridə qalan 18 turda cəmi 12 xal toplamış bu kollektiv hazırda 20 iştirakçı arasında sonuncudu.

Ərdoğanı bu iki qadın iqtidardan uzaqlaşdıracaq - FETÖ-nün SON ÜMİDİ

21 Dekabr 2017 11:18

“Dünyada Merkel (Almaniya kansleri –red.), Türkiyədə Meral (İYİ Partiyasının sədri Meral Akşener –red.) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdıra bilər”.

Məhkəmə arvadının başını kəsən kişi ilə bağlı QƏRAR VERDİ

21 Dekabr 2017 11:07

Bakıda arvadını başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb. 1965-ci il təvəllüdlü Rasim Çəltikovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.