Ermənistanın “olum, ya ölüm” seçimi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Qüds məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ilə bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, onun Qüds mövqeyini qəbul etməyən ölkə ABŞ maliyyə yardımından məhrum olacaq.
21 Dekabr 2017 11:33 SosialAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Qüds məsələsinin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ilə bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, onun Qüds mövqeyini qəbul etməyən ölkə ABŞ maliyyə yardımından məhrum olacaq.
"OLAYLAR" xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Aydın Mirzəzadə deyib ki, bir sıra ölkələr, o cümlədən Ermənistan ABŞ yardımından asılıdır: "İndi o Amerikanın Qüds mövqeyni qəbul etsə, İslam dünyası, ilk növbədə İranla, o cümlədən strateji müttəfiqi Rusiya ilə əks cəbhədə olacaq və acı nətisəi özünü çox gözlətməyəcək. Yox, əgər, Amerikanın mövqeyi ilə razılaşmasa onun maliyyə yardımından məhrum olacaq.
Ermənistan növbəti dəfə iki stulda oturmaq siyasətinin acı nəticəsini dadmaqdadır".