Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb
Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbulu başa çatıb. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-dən başlayan qeydiyyat və sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb. Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 99 ərizə qeydiyyata alınıb.
21 Dekabr 2017 11:36 SosialEksternat imtahanlarına qeydiyyat və sənəd qəbulu başa çatıb. "OLAYLAR"-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-dən başlayan qeydiyyat və sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılıb. Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 99 ərizə qeydiyyata alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 21-22 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.