“Şahdağ” Turizm Mərkəzində yaşanan izdihamla bağlı toplantı keçirildi
Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.
21 Dekabr 2017 11:30 SosialAzərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında görüş keçirilib. AZTA-dan "OLAYLAR"-a bildirilib ki, görüşdə keçən həftə "Şahdağ" Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.
Bundan başqa AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırmışdır.
Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.