“Azərbaycanla Aİ münasibətləri bəzi qüvvələri narahat edir”- ŞƏRH

“The Financial Times” nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialar ölkəmizə qarşı bir mərkəzdən məqsədyönlü şəkildə idarə olunan kampaniyadır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"The Financial Times" nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialar ölkəmizə qarşı bir mərkəzdən məqsədyönlü şəkildə idarə olunan kampaniyadır". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, ölkəmizə qarşı qərəzli iddiaların əsasında Azərbaycanla Avropa İttifaqının son dövrlərdə uğurlu əməkdaşlığı dayanır.

E. Mirzəbəylinin sözlərinə görə, təbii ki, Azərbaycanla Aİ arasında münasibətlərin inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması bəzi dairələri, xüsusilə də ermənipərəst qüvvələri kifayət qədər narahat edir: "Məhz bu narahatçılığın nəticəsində də ölkəmizə qarşı məqsədyönlü qara yaxma kampaniyası aparılır. Diqqət yetirsəniz görərsiniz ki, adətən bu cür kampaniyalar hər zaman Azərbaycanla bağlı mühüm hadisələrin həyata keçdiyi, ölkəmizlə bağlı real həqiqətlərin dünyaya çatdırılması prosesi zamanı və ya sonrası aparılır".

"Bildiyiniz kimi, Aİ-nin hesabatı açıqlanıb. Bu hesabatda ölkəmizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi dəstəklənib. Eyni zamanda sənəddə Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafı ilə bağlı kifayət qədər ciddi məqamlar yer alıb, ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanır. Hesabatda Azərbaycanın maraqlarını, eyni zamanda ölkəmizə verilən dəyəri ifadə edən bir çox məqamlar yer alıb. Bu da ölkəmizi sevməyən qüvvələri narahat edir. Qənaətimə görə, bu iki fakt arasında kifayət qədər əlaqələr var. "The Financial Times" nəşrinin apardığı kampaniyanın mahiyyətində də bu amil dayanır"- deyə, siyasi şərhçi qeyd edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31