Premyer Liqa klubunda baş məşqçi istefası
İngiltərənin "Suonsi" klubu baş məşqçisi Pol Klementlə yolları ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. "Suonsi" Premyer Liqanın aşkar autsayderidi. Geridə qalan 18 turda cəmi 12 xal toplamış bu kollektiv hazırda 20 iştirakçı arasında sonuncudu.
21 Dekabr 2017 11:20 İdmanİngiltərənin "Suonsi" klubu baş məşqçisi Pol Klementlə yolları ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. "Suonsi" Premyer Liqanın aşkar autsayderidi. Geridə qalan 18 turda cəmi 12 xal toplamış bu kollektiv hazırda 20 iştirakçı arasında sonuncudu.
Klement bu ilin yanvar ayından "Suonsi"ni çalışdırırdı. 45 yaşlı mütəxəssis daha öncə "Çelsi", PSJ, "Real" və "Bavariya"da italiyalı mütəxəssis Karlo Ançellotinin köməkçisi kimi çalışıb. "Suonsi"nin yeni baş məşqçisinin kim olacağı hələlik, bəlli deyil. Futbolinfo.az